
Bakı. Trend:
2025-ci ilin yanvar-aprel aylarında ölkə iqtisadiyyatında muzdla
çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2024-cü ilin müvafiq
dövrünə nisbətən 9,2 faiz artaraq 1100,6 manat təşkil edib.
Trend bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər
verir.
Bildirilib ki, əməkhaqqı neft-qaz sektorunda 4015,9 manat, qeyri
neft-qaz sektorunda 1046,1 manat təşkil edib.
Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 1051,6
manat, özəl müəssisələrdə isə 1151 manat olub.

