Azərbaycanda çoxuşaqlı olduğu üçün müavinət alan qadınların sayı açıqlandı

Cəmiyyət

Bakı. Trend:

Hazırda ölkə üzrə beşdən çox uşağı olan 2 861 qadın ümumilikdə
12 791 uşağa görə sosial müavinət alır.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Dövlət Sosial Müdafiə
Fondundan (DSMF) məlumat verilib.

Bildirilib ki, 2025-ci ilin ilk 6 ayında beşdən çox uşağı olan
243 qadına ümumilikdə 1 429 uşağa görə müavinət təyin olunub.




“Hazırda hər uşağa görə təyin olunan müavinətin məbləği 140
manat təşkil edir”, – məlumata əlavə edilib.

Qeyd edək ki, 2018-2025-ci illərdə icra olunan davamlı sosial
islahatlar beşdən çox uşağı olan qadınlara hər uşağa görə aylıq
müavinətin 4,2 dəfə artaraq 33 manatdan 140 manata çatmasına imkan
verib.