
Bakı. Trend:
Avqustun 16-da saat 10:00-da 2025-2026-cı tədris ili üzrə
şagidlərin yerdəyişmə prosesi imtahanla həyata keçirilən lisey və
gimnaziyaların 5,6,7,8 və 9-cu siniflərinə qəbul imtahanı həyata
keçiriləcək.
Trend
xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət
Agentliyinin (MÜTDA) məlumat yayıb.
Bildirilib ki, 26 avqust tarixində isə ibtidai siniflər üçün
müsabiqənin müsahibə formatında təşkili nəzərdə tutulur.
“İmtahana dair məlumatlar valideynlərin şəxsi kabinetinə
göndərilib.
Bakı Avropa Liseyi, Respublika İncəsənət Gimnaziyası və Bülbül
adına Orta İxtisas Musiqi Məktəbi üzrə müsabiqələr müəssisələr
tərəfindən müəyyənləşdirilmiş tarixlərdə keçiriləcək.
Nəzərinizə çatdırırıq ki, lisey və gimnaziyalara verilən boş yer
və müraciət sayları nəzərə alınaraq bəzi siniflər və müəssisələr
üzrə müsabiqə ləğv edilib. Şagirdlər avtomatik olaraq seçim
etdikləri müəssisələrə yerləşdiriləcək”, – deyə əlavə edilib.

