
Bakı. Trend:
Avqustun 11-də 18:00-dan etibarən 2025/2026-ci tədris ili üçün
peşə təhsil müəssisələrinə tələbə qəbulu prosesinin I mərhələsinə
yekun vurulub.
Peşə Təhsili üzrə Dövlət Agentliyindən Trend-ə verilən məlumata
əsasən, 22 iyul tarixindən etibarən www.portal.edu.az
platforması vasitəsilə 36 278 nəfərdən 123 930 müraciət daxil
olub.
Bildirilib ki, ümumilikdə 23 802 nəfər müsabiqədən keçib.
Müsabiqənin nəticələri 15 avqust tarixində müraciətçilərə həm
SMS vasitəsilə təqdim edilib, eyni zamanda “şəxsi kabinet”
bölməsində yerləşdirilib. Müsabiqədən uğurla keçən namizədlər 16 –
25 avqust tarixlərində qeyd olunan sənədləri qəbul olunduqları peşə
təhsili müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidir:
- attestatın əsli;
- sağlamlıq və fiziki inkişafı özündə əks etdirən müvafiq formalı
tibbi arayış; - şəxsiyyət vəsiqəsinin surəti;
- 3 x 4 sm ölçüdə dörd ədəd fotoşəkil;
- hərbi bilet və ya çağırışçı şəhadətnaməsi;
- güzəştli şərtlərlə qəbul edilən şəxslər üçün müvafiq
təsdiqedici sənəd.
Qəbul olmuş şəxsin qeyd olunan müddətdə qəbul olunduğu peşə
təhsili müəssisəsində qeydiyyatdan keçməməsi onun həmin ixtisas
üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir.
Peşə təhsil pilləsi üzrə boş qalmış plan yerlərinə tələbə
qəbulunun II mərhələsinin 26 avqust 2 sentyabr tarixlərində baş
tutması planlaşdırılır.