Hakimliyə yeni seçim qaydaları təsdiqləndi

Cəmiyyət

Bakı. Trend:

Məlum olduğu kimi, 2024-cü il 7 noyabr tarixdə “Məhkəmələr və
hakimlər haqqında” Qanuna edilmiş dəyişikliyə əsasən hakimliyə
namizədlərin seçim prosesinin sayı 4-dən 3-ə endirilmişdir. Edilmiş
dəyişikliyə əsasən namizədlərin seçimi test imtahanı, yazılı
imtahan və müsahibə əsasında aparılacaq.

Məhkəmə-Hüquq Şurasından Trend-ə bildirilib ki, yeni qaydalara əsasən, test
tapşırıqlarının 90-ı namizədin müvafiq qanunvericilik sahələri üzrə
biliklərini, 10-u isə məntiqi nəticələr çıxarmaq qabiliyyətini
müəyyən etmək məqsədi daşıyır.

Həmçinin yazılı imtahan mərhələsində hər bir sahə üzrə kazusun
cavabı ən çoxu 100 bal ilə qiymətləndirilir. Namizədin həm cinayət
hüquqi, həm də mülki hüquqi sahələr üzrə topladığı ballar cəmlənir
və 2-yə bölünərək, yekun bal müəyyən edilir.




Topladığı yekun bal 60 və ya daha çox olan namizəd yazılı
imtahandan keçmiş hesab edilir, bu şərtlə ki, onun hər sahə üzrə
ayrı-ayrılıqda topladığı ballar 40-dan az olmasın.

Yeni dəyişikliklərə əsasən, namizəd şəxsiyyət vəsiqəsinin
sürətini Elektron Hökumət İnformasiya Sistemi üzərindən, əmək
müqavilələrinə dair çıxarışı isə (Əmək Məcəlləsinin 7-ci maddəsinin
2-1-ci hissəsində müəyyən edilmiş, eləcə də 2014-cü il iyulun 1-dək
əmək müqavilələrinə xitam verilmiş şəxslər istisna olmaqla)
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin
“Əmək və məşğulluq” altsistemindən əldə etməklə təqdim edəcək.

“Vakant hakim vəzifələrinə namizədlərin seçilməsi Qaydaları”na
edilmiş müvafiq dəyişikliklərin tam mətni ilə https://e-qanun.az/framework/60373 keçidi vasitəsilə
tanış olmaq mümkündür.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir