
Bakı. Trend:
Şabranda 17 yaşlı qız itkin düşüb.
Trend
xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Quba regional
qrupu məlumat yayıb.
Qeyd edilib ki, Şabran rayonu ərazisində yaşayan 17 yaşlı Aytən
Ömərova 2025-ci il iyunun 19-da yaşadığı ünvandan Bakı şəhərində
yaşayan xalasıgilə getmək adı ilə çıxıb gedərək bir daha geri
qayıtmayıb.
“Şəkildə gördüyünüz şəxsi görənlərdən və barəsində məlumatı
olanlardan DİN-in “102 – Xidməti Zəng Mərkəzi”nə, həmçinin Şabran
Rayon Polis Şöbəsinin (2335) 3-27-23 şəhər nömrəsinə zəng edərək
məlumat vermələri xahiş olunur”, – məlumatda deyilir.