
Bakı. Trend:
Avqustun 17-də Abşeron çimərliklərində gözlənilən hava şəraiti
açıqlanıb.
Trend xəbər verir ki, bu barədə Milli
Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, dəniz suyunun temperaturu şimal çimərliklərində
(Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) +25
dərəcədən +26 dərəcəyədək, cənub çimərliklərində (Türkan, Hövsan,
Sahil, Şıx) +26 dərəcədən +27 dərəcəyədək olacaq.

