Bəzi yerlərdə leysan yağıb, şimşək çaxıb – FAKTİKİ HAVA

Cəmiyyət

Bakı. Trend:

Avqustun 17-si saat 9:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə, avqustun 17-si
saat 9:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində
arabir leysan xarakterli yağış yağıb, şimşək çaxıb.




Düşən yağıntının miqdarı Qubada 21, Lənkəranda 11, Qusarda 10,
Şahdağda 9, Balakən, Şəkidə 8, Astara, Neftçala, Şabran,
Cocuqmərcanlıda 6, Biləsuvarda 5, Qax, Yardımlı, Lerikdə 4, Bakıda
və Abşeron yarımadasında, eyni zamanda Oğuz və Qəbələdə 3,
Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzuli, Qobustan,
Sabirabad, Cəfərxan, Beyləqan, Zaqatala, Altıağac, Ağdam, Zərdabda
1 mm-dək qeydə alınıb.

Kəlbəcər, Laçın, Qrız, Şahdağ, Lerik və Şəkidə duman muşahidə
olunub. Dumanda görünüş 500 metrədək məhdudlaşıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir