Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib

Cəmiyyət

Bakı.Trend:

Sükan arxasında mobil telefondan istifadə insan həyatını bir
anın içində məhv edə biləcək məsuliyyətsizlikdir. Bu vərdiş təkcə
qayda pozuntusu deyil, həm də özünüzü və başqalarını bilə-bilə
təhlükəyə atmaqdır.

Trend xəbər
verir ki, bu barədə BDBaş Dövlət Yol Polisi İdarəsinin sürücülərə
müraciətində bildirilib.

Qeyd edilib ki, bu vərdiş təkcə qayda pozuntusu deyil, həm də
özünüzü və başqalarını bilə-bilə təhlükəyə atmaqdır.

Müraciətdə vurğulanır ki, mobil telefondan istifadənin yaratdığı
əsas təhlükələr bunlardır:

“Diqqətin yayındırılması – Telefona baxan sürücü yolda baş
verənləri vaxtında görə bilmir, piyadaları və digər nəqliyyat
vasitələrini nəzərdən qaçırır.




Reaksiyanın ləngiməsi – Telefon sürücünün reaksiyasını 2–3 dəfə
gecikdirir. Bu isə qəfil əyləc və ya manevr imkanlarını minimuma
endirir.

Nəzarətin itməsi – Telefonla məşğul olan sürücü zolaqdan çıxır,
təhlükəli manevrlər edir və məsafəni düzgün qiymətləndirmir”.

“Hörmətli sürücülər!

Unutmayın: Bir zəng və ya bir mesaj heç vaxt insan həyatından
vacib ola bilməz. Sizin məsuliyyətli davranışınız hər kəsin
təhlükəsizliyinə təminat verir”, – müraciətdə qeyd edilir.