DİN yollarda təhlükəsizlik qaydalarına əməl olunması ilə bağlı çağırış edib (VİDEO)

Cəmiyyət

Bakı.Trend:

Daxili İşlər Nazirliyi tərəfindən yol hərəkəti təhlükəsizliyinin
təmini, sürücü mədəniyyətinə əməl olunmasının təşviqi və
vətəndaşlarla mütəmadi olaraq nəzarət-profilaktik tədbirlərin
aparılması daim diqqətdə saxlanılır.

DİN-in Mətbuat Xidmətindən Trend-ə bildirilib ki, yol-nəqliyyat hadisələrinin
qarşısının alınması, qəzaların sayının minimuma endirilməsi, bir
sözlə hərəkət iştirakçılarının təhlükəsizliyinin təmin olunması
qarşıda duran əsas məqsədlərdən biri kimi müəyyən edilib.

Qeyd edilib ki, sükan arxasında yol hərəkəti qaydalarına əməl
edib-etməməklə təkcə özünüzün deyil, ətrafınızdakıların da həyatını
dəyişdirə bilərsiniz:

“Zamana qalib gəlmək üçün artırdığınız sürət sizdən
gələcəyinizi, sağlamlığınızı, illərinizi alıb apara, geriyə isə
sadəcə yarımçıq bir ömür qala bilər. O ömür tamamlansın, bədbəxt
hadisələr olmasın, qəzalar baş verməsin deyə yollarda sürət ölçən
qurğular yerləşdirilib. Radar sadəcə bir qurğu deyil, qaydalara və
insan həyatının qorunmasına xidmət edən texniki vasitədir.
Bugünədək baş verən qəzaların təhlili bir daha onu sübut edir ki,
yol nişanlarının tələblərinə məhəl qoymayıb avtomobili sürətlə
idarə etmək, yalnız radar qurğularına yaxınlaşan zaman sürəti aşağı
salmaq ağır faciələrlə nəticələnən hadisələrə səbəb olur”.




“Əziz sürücülər!

Yaddan çıxarmayaq ki, sürət əksər hallarda həyatınıza həyəcan
yox, fəlakət gətirir. Sürətölçən qurğuları öz təhlükəsizliyiniz
üçün nəzərdə tutulan kəmər, sürət həddini isə həyatınızın qırmızı
xətti bilin. Unutmayın ki, bu qurğular həm də sizə “tələsmə,
həyatınız qiymətsizdir” mesajını ötürür”-müraciətdə bildirilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir