Azərbaycanda “Ərəb dili ayı”nın keçirilməsi uzunmüddətli əməkdaşlığın nəticəsidir – Baş direktor

Cəmiyyət

Bakı. Trend:

Azərbaycanda “Ərəb dili ayı”nın təşkili uzunmüddətli
əməkdaşlığın nəticəsidir.

Trend xəbər
verir ki, bunu Kral Salman adına Beynəlxalq Ərəb Dili
Akademiyasının Baş direktoru Abdullah bin Saleh əl-Vaşmi Bakı
Dövlət Universitetində keçirilən “Ərəb dili ayı”nın açılış
mərasimində çıxışı zamanı bildirib.

“Biz buraya xalqlarımız arasında mədəni əlaqələrin əhəmiyyətini
vurğulamaq üçün toplaşmışıq. Ərəb poeziyasını və qədim ərəb
ədəbiyyatını oxuyan hər kəs Azərbaycanla bağlı istinadlara rast
gəlir”, – deyə o qeyd edib.




Onun sözlərinə görə, akademiya azərbaycanlı tələbələrin və
mütəxəssislərin ərəb dilinə olan marağını yüksək
qiymətləndirir.

“Universitetlərin və təcrübəli müəllimlərin məsələyə ciddi
yanaşdığını görürük və bu, əməkdaşlığımızı gücləndirir.
Azərbaycanda “Ərəb dili ayı”nın təşkili uzunmüddətli əməkdaşlığın
nəticəsidir. Akademiya burada ilk il deyil ki, fəaliyyət göstərir
və biz daha dərin münasibətlərə və müxtəlif proqramlara doğru
irəliləməyə çalışırıq”, – o əlavə edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir