Sabaha olan hava şəraiti açıqlanıb

Cəmiyyət

Bakı. Trend:

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Bakıda və
Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi
gözlənilir. Cənub-şərq küləyi əsəcək, axşam mülayim şimal-qərb
küləyi ilə əvəz olunacaq.




Trend xəbər verir ki, bu barədə Milli
Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilir ki, havanın temperaturu gecə 21-25, gündüz 30-35 dərəcə
isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu,
nisbi rütubət gecə 70-80 %, gündüz 45-55 % təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi
gözlənilir. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq.
Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 31-36, dağlarda gecə 10-15,
gündüz 20-25 dərəcə isti olacaq.