
Bakı.Trend:
Azad olunan ərazilərdə avqustun 11-dən 17-nə qədər 30 tank
əleyhinə mina, 153 piyada əleyhinə mina, 673 partlamamış hərbi
sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.
Trend xəbər
verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA)
azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə
əməliyyatları ilə bağlı həftəlik məlumatında qeyd edilib.
Bildirilib ki, 1362.7 hektar ərazi minalardan təmizlənib.
Qeyd edilib ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə
Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd
Xidməti (DSX) və dörd özəl şirkət Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam,
Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı
və Zəngilan ərazilərində, o cümlədən Qazax rayonunun işğaldan azad
edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı
kəndlərində həyata keçirib.