Rusiya Odessada SOCAR-ın neft bazasına qəsdən hücum edib – Zelenski

Cəmiyyət

Bakı. Trend:

Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın Odessadakı SOCAR
neft bazasına hücumunu şərh edib.

“Bu, Odessada Azərbaycan şirkətinə məxsus enerji obyektinə
Rusiyanın qəsdən hücumu idi. Yəni bu, bizim münasibətlərimizə,
enerji müstəqilliyimizə zərbədir”, – V. Zelenski öz Telegram
kanalında yazıb.

Qeyd edək ki, 2025-ci il avqustun 18-nə keçən gecə Odessa
vilayətində SOCAR-ın neft bazası Rusiyanın “Shahed” pilotsuz
təyyarələrinin kütləvi hücumuna məruz qalıb.

Trend-in məlumatına görə,
hücum bir sıra birbaşa zərbələr və yanğınla nəticələndi. Su
anbarlarına, nasos stansiyasının binasına, operator və texniki
otaqlara, həmçinin əsas hasara ziyan dəyib.




Neft anbarlarının ümumi həcmi 16 min kubmetrdən çoxdur. Hazırda
dəymiş ziyanın miqyasının müəyyən edilməsi üçün ekspertizanın
qiymətləndirilməsi, habelə təcili bərpa işləri aparılır.

Bu, artıq obyektə ikinci irimiqyaslı hücumdur. Bundan əvvəl,
avqustun 8-də həmin neft bazasında qismən dağıntılara səbəb olan
ona yaxın dron buraxılıb.

Faktla bağlı cinayət işi açılıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir