Gəncəyə yeni hərbi prokuror təyin edilib

Cəmiyyət

Bakı.Trend:

Gəncəyə yeni hərbi prokuror təyin edilib.

Trend xəbər
verir ki, bu barədə Baş prokuror Kamran Əliyev Əmr imzalayıb.




Azərbaycan Respublikasının Hərbi prokuroru Bəhruz Əhmədovun
təqdimatına əsasən, ədliyyə polkovniki Vəliyev Emin Səftər oğlu
Gəncə hərbi prokuroru vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, Respublika Hərbi prokurorurluğunun yeni rəhbərliyi
ilə hərtərəfli və intensiv islahatlar, o cümlədən kadr islahatları
həyata keçirilir. İslahatlar çərçivəsində nəzəri bilik və peşə
hazırlığı, həmçinin şəxsi keyfiyyətləri tələb edilən səviyyədə olan
şəxslər yüksək vəzifələrə təyinat alırlar.