
Bakı. Trend:
Yarmarkada 100-dən çox mikro və kiçik sahibkarın 800-dən çox
çeşiddə məhsul və xidmətləri təqdim edilib.
15-17 avqust tarixlərində Göygöl rayonunun Xan Yaylağında
keçirilən 4-cü Milli Yaylaq Festivalı çərçivəsində “KOB FEST”
sərgi-satış yarmarkası təşkil olunub. Kiçik və Orta Biznesin
İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə keçirilmiş
sərgi-satış yarmarkasında KOB subyektləri tərəfindən hazırlanan
şəbəkə sənəti, rəssamlıq, xalçaçılıq, taxta oyma, suvenirlər, milli
musiqi alətləri və müxtəlif əl işləri nümayiş olunub.
Mikro və kiçik sahibkarlar tərəfindən istehsal olunan
məhsulların satışına dəstək olmaq və onları tanıtmaq, istehsalçılar
və təchizatçılar arasında əlaqələrin genişləndirilməsi məqsədilə
keçirilmiş “KOB FEST” sərgi-satış yarmarkasında Göygöl, eləcə də
ətraf rayon və şəhərlərdən ümumilikdə 100-dən çox mikro və kiçik
sahibkarın 800-dən çox ceşiddə məhsul və xidmətləri sərgilənib.
Həmçinin sərgi-satış yarmarkasında mədəni-əyləncəli proqram da
təşkil olunub.
Bölgədə yaşayan sakinlər və turistlər tərəfindən “KOB FEST”
sərgi-satış yarmarkası maraqla qarşılanıb.