
Bakı. Trend:
İsrailin Azərbaycanda yeni təyin olunmuş fövqəladə və
səlahiyyətli səfiri Ronen Krausz Şəhidlər Xiyabanını ziyarət
edib.
Trend xəbər verir ki, bu
barədə İsrail səfirliyi “Facebook” sosial şəbəkə hesabında paylaşım
edib.
“Səfir Ronen Krausz Fəxri Xiyabanı ziyarət edərək, Azərbaycanın
ümummilli lideri Heydər Əliyevin və görkəmli oftalmoloq, professor
Zərifə Əliyevanın məzarları üzərinə gül dəstələri qoydu. Daha sonra
Şəhidlər xiyabanında Vətən uğrunda canından keçənlərin xatirəsini
ehtiramla yad etdi. Səfir həmçinin Azərbaycanın yəhudi əsilli Milli
Qəhrəmanı Albert Aqarunovun məzarını ziyarət edərək, onun
igidliyini və fədakarlığını dərin hörmətlə andı. Bu səfər İsrail və
Azərbaycanı birləşdirən ortaq dəyərlərin – yaddaşın, hörmətin və
minnətdarlığın – güclü bir təcəssümüdür”- paylaşımda qeyd
olunub.