Paytaxtın bəzi ərazilərində qaz olmayacaq

Cəmiyyət

Bakı. Trend:

Xətai rayonunun 8 Noyabr prospekti ilə N.Rəfiyev küçəsinin
kəsişməsi, M.Mehdizadə küçəsi, həmçinin “Qaz İxrac” İdarəsi
tərəfindən “30-cu sahə” QPS-də aparılacaq təmir-quraşdırma işləri
ilə əlaqədar avqustun 19-u saat 09:00-dan etibarən qaz təchizatı
dayandırılacaq.

Trend xəbər verir ki, bu
barədə “Azəriqaz” İB məlumat yayıb.




Bildirilir ki, Xətai rayonu üzrə N.Rəfiyev, M.Mehdizadə,
H.Salmani və Y.Səfərov küçələri, 8 Noyabr prospektinin bir hissəsi
və Babək prospekti, Nizami rayonu üzrə isə B.Çobanzadə və NZS
qəsəbəsinin Yavər Səfərov küçələri qaz təchizatında müvəqqəti
fasilə yaranacaq.