
Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyi tərəfindən nəzarət olunan
çimərliklərdə ölüm faktı qeydə alınmayıb.
Bu barədə Trend-in sorğuauna cavab olaraq FHN-dən məlumat
verilib.
Bildirilib ki, çimərlik mövsümü başlayandan suda boğulma
təhlükəsi ilə üzləşən 55 nəfər vətəndaş xilasedicilər tərəfindən
xilas edilib.
Xatırladaq ki, iyunun 15-dən Azərbaycanda çimərlik mövsümü açıq
elan edilib. Çimərlik mövsümü başlamadan əvvəl Səhiyyə Nazirliyi
Respublika Gigiyena və Epidemiologiya Mərkəzi ölkə üzrə
çimərliklərin monitorinqini aparıb.