
Bakı. Trend:
2025-ci ilin ilk altı ayı ərzində Naxçıvan Muxtar
Respublikasında İcbari Tibbi Sığorta hesabına 5919 cərrahi
əməliyyat həyata keçirilib.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Naxçıvan Muxtar
Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən
məlumat verilib.
Bildirilib ki, icbari tibbi sığorta ilə ən çox icra edilən
əməliyyatlar ümumi cərrahi xidmətlərdir ki, ilk altı ayda 2454
ümumi cərrahi xidmət göstərilib.
Əlavə olaraq ilk altı ayda göstərilən cərrahi xidmətlərin 1849-u
ginekoloji cərrahi, 882-si oftolmoloji cərrahi, 539-u kardioloji
cərrahi, 195-i isə travmatoloji cərrahi xidmətlərə aitdir.

