ANAMA 5,4 milyon manatlıq nəqliyyat vasitələri sifariş edəcək

Cəmiyyət

Bakı. Trend:

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) 60
ədəd nəqliyyat vasitəsi sifariş edəcək.

Trend-in
məlumatına görə, ANAMA bununla bağlı müvafiq işlərə start
verib.

Belə ki, agentlik 25 ədəd pikap tipli xüsusi təyinatlı tibbi
yardım nəqliyyat vasitələri, 20 ədəd minaaxtaran itlərin daşınması
üçün pikap tipli xüsusi təyinatlı nəqliyyat vasitələri, eləcə də,
15 ədəd pikap-sərnişin tipli xüsusi təyinatlı nəqliyyat vasitələri
alacaq.




Agentlik hazırda avtomobilləri təhvil verəcək şirkəti
müəyyənləşdirməkdədir.

Eyni zamanda, ANAMA qeyd olunan nəqliyyat vasitələrinin
alınmasının ümumilikdə 5,4 milyon manata başa gələcəyini ehtimal
edib.