
Bakı. Trend:
Avqustun 20-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti
ilə bağlı sarı xəbərdarlıq verilib.
Trend
xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, Naxçıvan MR, Qazax, Ağstafa, Şəmkir, Tovuz,
Gəncə, Naftalan, Goranboy, Bərdə, Yevlax, Mingəçevir, Daşkəsən,
Gədəbəy, Göygöl, Samux, Xızı, Altıağac, Qobustanda fasilələrlə şərq
küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.