
Bakı. Trend:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində
Sosial Xidmətlər Agentliyi tərəfindən hazırda ölkə üzrə 3244 şəxsə
evlərində (səyyar) sosial-məişət xidməti göstərilir.
Trend
xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.
Bildirilib ki, onlardan 3 minə yaxını ahıllar, digərləri
əlilliyi olan şəxslərdir. Xidmət göstərilən şəxslərdən 2493-ü
qadın, 751-i kişidir.
Sosial xidmətçilər həftədə iki dəfə tənha ahıl və əlilliyi
müəyyən edilmiş şəxslərin evlərinə gedərək, onlara ev
təsərrüfatında, əsas tələbat mallarının alınması və s. işlərdə,
sosial işçilər isə hüquqi sənədləşmə və sosial müdafiə
tədbirlərinin təşkili istiqamətində köməklik göstərirlər.