
Bakı. Trend:
Azərbaycanın azad edilmiş ərazilərində tikinti-quraşdırma, bərpa
işləri mərhələli şəkildə davam etdirilməkdədir.
Trend-in
məlumatına görə, bu işlərin davamı kimi Xocavənd rayonunun Hadrut
qəsəbəsində infrastruktur binasının tikintisi və çoxmənzilli
yaşayış binalarının təmiri işləri aparılacaq.
Belə ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti
və İdarəetmə Xidməti bununla bağlı müvafiq işlərə başlayıb.
Dövlət xidməti hazırda sözügedən işləri icra edəcək şirkəti
müəyyənləşdirməkdədir.
Eyni zamanda qeyd olunan işlərin 4,6 milyon manata başa gələcəyi
proqnozlaşdırılıb.