Bu ilin yeddi ayında taksi sürücülərinə verilən buraxılış vərəqələrinin sayı məlum olub

Cəmiyyət

Bakı.Trend:

2025-ci ilin ilk 7 ayı ərzində taksi fəaliyyəti üçün nəzərdə
tutulan buraxılış vəsiqəsi və əlavəsi olan buraxılış kartının əldə
edilməsi statistikası açıqlanıb.




Trend xəbər
verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat
yayıb.

Bildirilib ki, qeyd edilən dövr ərzində 4.280 Buraxılış vəsiqəsi,
10.315 Buraxılış kartı təqdim edilib.

Qeyd edilib ki, buraxılış vəsiqəsi sürücüyə, buraxılış kartı isə
avtomobilə verilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir