Azərbaycandan xarici bazarlara pomidor ixracı 22,8% artıb

Cəmiyyət

Bakı.Trend:

Azərbaycandan xarici bazarlara pomidor ixracında ciddi artım
müşahidə olunur.

Trend xəbər
verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu ilin yanvar-iyul aylarında ölkəmizdən
143,577.7 ton pomidor ixrac edilib. Pomidor ixracının ümumi dəyəri
157 milyon dollara yaxındır.




Qeyd edilib ki, bu ilin ilk 7 ayı ərzində pomidor ixracında həcm
olaraq 22,8%, dəyər olaraq 12,4% artım qeydə alınıb.

Məlumatda bildirilib ki, xarici bazarlara kənd təsərrüfatı
məhsullarının ixracı davam edir.