Hərbi Prokurorluqda Etimad xətti yaradılıb

Cəmiyyət

Bakı.Trend:

Hərbi Prokurorluqda “962” nömrəli Etimad xətti yaradılıb.

Trend xəbər
verir ki, bu barədə Hərbi Prokurorluq məlumat yayıb.

Bildirilib ki, Prokurorluq orqanlarının fəaliyyətində
operativliyin təmin edilməsi, vətəndaşların məmnunluq səviyyəsinin
yüksəldilməsi istiqamətində mütəmadi olaraq işlər görülür:




“Həyata keçirilən tədbirlərin davamı kimi Baş prokurorun
tapşırıq və tövsiyələri əsasında Hərbi prokurorun təşəbbüsü və
rəhbərliyi ilə Hərbi Prokurorluqda həyata keçirilən köklü və
intensiv islahatlar çərçivəsində, Silahlı Qüvvələrdə korrupsiyaya
qarşı mübarizə və ona şərait yaradan halların aradan qaldırılması,
şəffaflığın artırılması, hərbi qulluqçular və onların ailə üzvləri
ilə Hərbi Prokurorluq arasındakı etimadın möhkəmləndirilməsi,
cinayətkarlığa və digər qanun pozuntularına qarşı tədbirlərin
çevikliyini, vətəndaşların hüquqlarının daha etibarlı müdafiəsini,
eləcə də müraciət imkanının asanlaşdırılmasını, bir sözlə,
istənilən neqativ halın və ağır nəticənin vaxtında qarşısının
alınmasını təmin etmək məqsədi ilə “962” Etimad xətti
yaradılıb”.

“Vurğulanmalıdır ki, aşkarlığın, əlçatanlığın və operativliyin
təmin edilməsi məqsədilə müasir informasiya-kommunikasiya
texnologiyalarından istifadə edilməklə səs yazılarının qeydə
alınacağı və fasiləsiz olaraq fəaliyyət göstərəcək Xəttə
müraciətlərin qeydə alınması və cavablandırılması respublikanın
istənilən regionundan stasionar telefonlar, eləcə də mobil
operatorlar vasitəsilə ödənişsiz həyata keçiriləcək”, – məlumatda
deyilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir