
Bakı.Trend:
1961-ci ildə dünyaya gələn şəxsə 64 il sonra doğum haqqında
şəhadətnamə verilib.
Trend-in
məlumatına görə, bununla bağlı Ağcabədi rayon Məhkəməsi qərar
verib.
Belə ki, ərizəçi məhkəməyə müraciət edərək 1961-ci tarixdə
Xocavənd rayonu, Qurapatkin kəndində anadan olması faktının müəyyən
edilməsi barədə qətnamə qəbul olunmasını xahiş edib.
Ərizəçi qeyd edib ki, şəxsiyyət vəsiqəsi olsa da, valideynləri
ona doğum haqqında şəhadətnamə almayıblar. Doğum haqqında
şəhadətnaməsi olmadığından digər sənədlərin əldə edilməsində
çətinliklə rastlaşır.
O, məhkəməyə iddia ərizəsinin dəqiqləşdirlməsi barədə ərizə
göndərərək, doğulduğu yeri Ağcabədi rayonunun Üzeyirkənd kəndi kimi
yazılmasını xahiş edib.
Məhkəmənin qərarı ilə ərizəçinin 1961-ci tarixdə Ağcabədi
rayonunun Üzeyirkənd kəndində doğulması faktı müəyyən edilib. Doğum
haqqında şəhadətnamənin verilməsi maraqlı şəxsə həvalə edilib.