MİQ üzrə müsahibə mərhələsinə start verilib

Cəmiyyət

Bakı. Trend:

Bu gündən etibarən müəllimlərin işə qəbulu üzrə müsabiqənin
müsahibə mərhələsinə başlanılıb.

Trend
xəbər verir ki, bu barədə Təhsil İnstitutunun İnsan Resusları
Mərkəzi məlumat yayıb.

Bildirilib ki, Bakı şəhər 161 nömrəli tam orta məktəbdə
keçiriləcək müsahibələrə 3957 nəfər dəvət edilib. İlk gün rus dili
və ədəbiyyatı, ingilis dili, alman dili, Azərbaycan dili və
ədəbiyyat, riyaziyyat, biologiya, fizika və coğrafiya fənləri üzrə
müsahibələr təşkil olunacaq.




26 avqust tarixinədək davam edəcək müsahibələr zamanı müvafiq
komissiyalar tərəfindən namizədlərin peşəkar kompetensiyaları,
psixoloji hazırlığı və ümumi dünyagörüşü proqrama uyğun olaraq
yoxlanılacaq.

Xatırladaq ki, namizədlər şəxsi səhifələrində qeyd olunan
tarixdə müsahibə mərhələsində iştirak etmədiyi halda bu, tutduğu
vakant yerdən imtina kimi qeydə alınacaq və həmin namizədlərin
müddətli müqavilə ilə işə qəbul turlarında iştirakı təmin
olunmayacaq.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir