
Bakı.Trend:
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli
hüquq mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərlərinin
iştirakı ilə Ləcət kəndində növbəti səyyar qəbulunu keçirib.
Trend xəbər
verir ki, bu barədə Xaçmaz rayon İcra Hakimiyyəti məlumat
yayıb.
Qeyd edilib ki, Qəbulda Ləcət İnzibati Ərazi Dairəsi üzrə
nümayəndəliyinə daxil olan Ləcət, Moruqoba və Tağaroba kənd
sakinlərinin müraciət və təklifləri dinlənilib.
Sakinlər əvvəlki səyyar qəbullarda qaldırılan bir neçə məsələnin
həlli ilə bağlı görülən işlərə görə təşəkkürlərini bildiriblər.
Həmçinin elektrik təsərrüfatının yenilənməsi, qaz təchizatının
bərpası, yolların təmiri və torpaq sahələrinin sənədləşdirilməsinə
köməklik göstərilməsi ilə bağlı müraciətlər səsləndiriblər.
Bildirilib ki, Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev
kənd sakinlərinin arzu və təkliflərini həssaslıqla dinləyərək,
onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində
müvafiq tapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həll
edilib.
Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə
yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və
qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və
Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə
ediblər.