
Bakı.Trend:
“Ötmə və manevretmə qaydalarının pozulması saniyələr içində Sizi
və sevdiklərinizi faciəyə aparır”
Trend xəbər
verir ki, Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlığında
bildirilib.
Bildirilib ki, yollarda təhlükəsizliyin təmin olunması hər bir
sürücünün məsuliyyətli davranışından asılıdır:
“Bu baxımdan ötmə və manevretmə qaydaları xüsusi əhəmiyyət
daşıyır. Təəssüf ki, son zamanlar bəzi sürücülərin bu qaydaları
pozması nəticəsində ağır yol-nəqliyyat hadisələrinin baş verdiyi
müşahidə olunu”r.
Ötmə və manevretmə qaydalarının pozulması nə ilə
nəticələnir?
Qeyd edilib ki, qarşı zolağa çıxaraq ötmə zamanı sürücülərin
qarşıdan gələn nəqliyyat vasitəsini nəzərə almaması cəmi bir neçə
saniyə ərzində toqquşmaya səbəb ola bilər:
“Bu isə həm sürücünün, həm də digər hərəkət iştirakçılarının
həyatını birbaşa təhlükə altına qoyur.
– Düzgün siqnal vermədən və ya sürət həddini aşaraq edilən qəfil
manevrlər digər sürücüləri çaşdırır, qəza ehtimalını dəfələrlə
artırır.
– Xüsusilə avtobus, yük maşını kimi iri nəqliyyat vasitələrinin
qarşısında və ya onların arxasında edilən riskli ötmələr
yol-nəqliyyat hadisələrinin ən faciəvi səbəbləri sırasında yer
alır”.
“Müşahidələr göstərir ki, ötmə və manevretmə qaydalarının
pozulması nəticəsində baş verən qəzalar daha çox ağır xəsarətlərlə
və insan ölümü ilə yadda qalır. Bir anlıq diqqətsizlik və ya
məsuliyyətsizlik təkcə qaydanı pozan sürücünün deyil, onunla
bərabər günahsız insanların da həyatına son qoya bilər.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə müraciət
edir:
– Yalnız yol şəraitinin imkan verdiyi hallarda, işıq və yol
nişanlarının tələblərinə tam riayət etməklə ötmə əməliyyatı
aparın.
– Qəfil və gözlənilməz manevrlərdən çəkinin, sükan arxasında
məsuliyyətli olun.
Unutmayın ki, yol hərəkəti qaydaları həyatınızı qorumaq üçün
nəzərdə tutulub”-məlumatda bildirilib