
Bakı. Trend:
2025-ci ilin yanvar-iyul ayları ərzində 27 400 nəfərdən çox
şəxsə proaktiv qaydada yaşa, əlilliyə və ailə başçısını itirməyə
görə pensiya təyinatı aparılıb.
Trend xəbər verir ki, bu barədə Dövlət Sosial
Müdafiə Fondu (DSMF) məlumat yayıb.
Bildirilib ki, onların 58,97%-ni kişilər, 41,03%-ni isə qadınlar
təşkil edib.