İlk altı ayda 31 nəfərə elmi dərəcə və dosent adının verilməsinə imtina edilib

Cəmiyyət

Bakı. Trend:

2025-ci ilin I yarısında 13 nəfərə elmlər doktoru elmi dərəcəsi,
18 nəfərə isə dosent elmi adının verilməsinə imtina edilib.

Trend
xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti
yanında Ali Attestasiya Komissiyası məlumat yayıb.




Bundan başqa, ilin birinci yarısında 51 nəfərə elmlər doktoru
elmi dərəcəsi verilib.

Dosent elmi adının verilməsinə gəlincə, bu il 285 nəfər bu adı
qazanıb.