
Bakı. Trend:
Maliyyə təhlükəsizliyiniz öz əlinizdədir. Dələduzlar bəzən bank
əməkdaşı rolunda, bəzən də kampaniya təklifiylə sizə yaxınlaşırlar.
Məqsəd sadədir – kart və bank məlumatlarını ələ keçirmək. Bu
halların qarşısını sadəcə bir az diqqətli olmaqla ala
bilərsiniz.
Dələduzlar daha çox hansı üsullardan istifadə
edirlər?
- Özlərini bank əməkdaşı kimi təqdim edib sizi “məlumat
dəqiqləşdirməyə” çağırırlar; - Telefonla, SMS və ya sosial şəbəkələrdə kart nömrəsi, CVV kodu,
PIN və ya OTP kodunu istəyirlər; - “Balansınızda problem var”, “Kartınız bloklanacaq”, “Pul
köçürülüb, təsdiqləyin” kimi təlaş yaradan mesajlar
göndərirlər; - Yalan kampaniyalarla sizi “hədiyyə qazandınız” deyə aldadaraq,
linkə daxil olmağa və ya məlumat paylaşmağa çağırırlar.
Unutmayın:
- Bank əməkdaşı sizdən heç vaxt kart nömrəsi, PIN kodu,
CVV və ya OTP kodu istəmir; - Məhsul və xidmətləri, kampaniyaları haqda məlumatları yalnız
bankın rəsmi səhifələrindən alın; - Telefonla, mesajla və ya sosial şəbəkə vasitəsilə gələn
istənilən şübhəli müraciətə cavab verməyin; - Tanımadığınız nömrələrə və ya linklərə daxil olmayın;
- Əgər şübhələndiyiniz hal olarsa, dərhal bankla əlaqə
saxlayın.
Maliyyə vəsaitlərinizi qorumaq üçün bir addım kifayətdir –
məlumatlarınızı gizli saxlayın. Unutmayın, bank məlumatlarınız
yalnız sizə məxsusdur!