
Bakı.Trend:
Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) Gəmi
Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə bağlı
gəmilərə xəbərdarlıq edib.
Trend xəbər verir ki, bu barədə Agentlik məlumat
yayıb.
Xəbərdarlığa əsasən, avqustun 21-i gündüz saatlarından
Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb küləyi
avqustun 22-si gündüzədək davam edəcək.
Bildirilib ki, həmin günlər ərzində şimal-qərb
küləyinin 18-23 m/s, arabir 25-28 m/s, açıq dənizdə isə 30 m/s-dək
güclənəcəyi gözlənilir.
Dalğanın hündürlüyünün 2.0-3.0 m, sonrakı inkişafda
3.0-5.0 m. çatacağı proqnozlaşdırılır.