
Bakı. Trend:
Avqustun 21-22-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda
bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və
narıncı xəbərdarlıq verilib.
Trend xəbər
verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat
yayıb.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Gəncə, Naftalan,
Goranboy, Daşkəsən, Şəmkir, Tovuz, Ağstafa, Qazax, Gədəbəy, Xaçmaz,
Şabran, Qusar, Xızı, Siyəzən, Qobustan, Neftçala, Cəlilabad,
Mingəçevir, Yevlax, Tərtər, Bərdədə şimal-qərb küləyi əsəcək,
küləyin sürəti isə 20.8-28.4 m/san-dək güclənəcək.
Naxçıvan MR, Quba, Ağdam, Cəbrayıl, Füzuli, Zəngilan, Kəlbəcər,
Laçın, Qubadlı, Şuşa, Ağdərə, Xankəndi, Xocavənd, Hacıqabul,
Saatlı, Sabirabad, Salyan, Ağcabədi, Zərdab, İmişli, Ucar, Ağdaş,
Kürdəmir, Göyçay, Balakən, Oğuz, Beyləqan, Şəki, Qax, Zaqatala,
Şirvan, Şamaxı, Samux, İsmayıllı, Qəbələ, Ağsu, Göygöl, Lənkəran,
Astara, Masallı, Biləsuvar, Lerik, Yardımlıda fasilələrlə
şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil
edəcək.