Piyadalar magistral yolda yolu haradan keçməlidirlər? – BDYPİ açıqladı

Cəmiyyət

Bakı.Trend:

Baş Dövlət Yol Polisi İdarəsinin maarifləndirici “1 sual – 1
cavab” rubrikası hərəkət iştirakçılarının ən çox maraqlandığı
məsələləri işıqlandırmağa davam edir. Rubrikada bu dəfə magistral
yollarda piyadaların hərəkəti mövzusu gündəmə gətirilib.

Trend xəbər
verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

“Məlumdur ki, magistral yollar sürət rejiminin yüksək olduğu,
intensiv hərəkətin müşahidə edildiyi ərazilərdir. Belə yollarda
piyadaların qaydalara uyğun davranışı həm onların özlərinin, həm də
digər hərəkət iştirakçılarının təhlükəsizliyi üçün həlledici
əhəmiyyət daşıyır.




Rubrikada məhz bu mövzuya toxunularaq “Piyadalar magistral yolda
yolu haradan keçməlidirlər?” sualına rəsmi izah verilib.

Layihənin məqsədi hərəkət iştirakçılarının gündəlik həyatda
üzləşdiyi suallara sadə və aydın cavablar təqdim etməklə onların
yol hərəkəti qaydaları barədə biliklərini artırmaqdır”-məlumatda
deyilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir