Qazaxda köhnə xalça sexinin ərazisində yanğın baş verib

Cəmiyyət

Bakı. Trend:

Qazax rayonu, Heydər Əliyev küçəsində köhnə xalça sexinin
ərazisində yanğın baş verib.

Trend xəbər
verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından
Mühafizə Xidmətinin Qazax rayon Yanğından Mühafizə Hissəsinin
qüvvələri əraziyə cəlb olunub.




Qeyd edilib ki, yanğınsöndürənlər tərəfindən görülmüş zəruri və
təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənməsinə, o
cümlədən yaxınlıqdakı tikililərə keçməsinə imkan verilmədən qısa
müddətdə söndürülüb.

Məlumatda bildirilir ki, yanğın nəticəsində açıq ərazidə 500
kv.m. sahədə quru ot və kol-kos yanıb, yaxınlıqdakı tikililər
yanğından mühafizə edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir