Baş prokuror MDB-yə üzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının İcraçı katibini qəbul edib (FOTO)

Cəmiyyət

Bakı.Trend:

Baş prokuror MDB-yə üzv dövlətlərin Baş Prokurorlarının
Əlaqələndirmə Şurasının İcraçı katibini qəbul edib

Trend xəbər
verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, cari ilin 22 avqust tarixində “Ümummilli Lider
Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir”
mövzusunda Laçın rayonunda keçirilməsi nəzərdə tutulmuş beynəlxalq
konfransda iştirak etmək məqsədilə MDB-yə üzv dövlətlərin Baş
Prokurorlarının Əlaqələndirmə Şurasının İcraçı katibi Yuri
Nikolayeviç Jdanovun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə
işgüzar səfər edib.

Səfər çərçivəsində Azərbaycan Respublikasının Baş prokuroru ilə
cənab Yuri Jdanov arasında ikitərəfli görüş keçirilib.




Qeyd edilib ki, Baş prokuror Kamran Əliyev qonaqları
salamlayaraq, MDB Baş Prokurorlarının Əlaqələndirmə Şurasının
fəaliyyətinin yüksək qiymətləndirdiyini ifadə edib, qısa müddət
ərzində ölkəmizə ikinci səfərinin təşkilinin önəmini vurğulayaraq,
bunun qurumlarası münasibətlərin yüksək səviyyədə olmasının
göstəricisi olduğunu bildirib.

Vurğulanıb ki, səmimi qəbula görə təşəkkürünü bildirən Yuri
Jdanov, Rusiya Federasiyasının Baş prokuroru İqor Krasnovun
salamlarını çatdıraraq, Azərbaycan Respublikası ilə hüquqi sahədə
əməkdaşlığın möhkəmləndirilməsinə böyük önəm verdiklərini qeyd
etmiş, Azərbaycan Prokurorluğunun təşkilatın fəaliyyətində aktiv
iştirakını və verdiyi töhfələri yüksək dəyərləndirib.

“Görüş çərçivəsində MDB-yə üzv dövlətlərin Baş Prokurorlarının
Əlaqələndirmə Şurasının yaradılmasının 30 illiyi münasibətilə
yubiley tədbirlərinin təşkili və cari ilin oktyabr ayında
Tacikistanda keçiriləcək Şuranın 35-ci iclasına hazırlıq məsələləri
müzakirə edilib”-məlumatda bildirilib.