Azərbaycanda internetlə bağlı problemin səbəbi məlum olub

Cəmiyyət

Bakı. Trend:

Bu gün bəzi internet telekommunikasiya operator və
provayderlərinin xidmətlərində müvəqqəti ləngimələr müşahidə
olunub.

Bu barədə Trend-ə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN)
məlumat verilib

Məlumata görə, ölkəyə internet trafiki təqdim edən əsas “backbone” operatorlardan biri olan “Delta Telekom”a qarşı DDoS
tipli genişmiqyaslı kiberhücum həyata keçirilib.




Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən ölkəmizdə
internet xidmətlərinin davamlılığı planı çərçivəsində internet
provayderləri dərhal alternativ “backbone” operatorlarının
şəbəkəsinə yönləndirilib.

Qısa müddət ərzində istifadəçilərin internetə çıxışı təmin
olunub.

Atılan addımlar nəticəsində “Delta Telekom”a qarşı kiberhücumun
qarşısı qısa müddət ərzində alınıb. “Delta Telekom”un xidmətləri
bərpa olunub.