Naxçıvanda Regional Ailə Mərkəzləri yaradılacaq

Cəmiyyət

Bakı. Trend:

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair
2023–2027-ci illər üçün Dövlət Proqramı” çərçivəsində yaradılacaq
Regional Ailə Mərkəzlərinin Şərur və Culfa rayonları üzrə inzibati
binalarının tikintisi üçün artıq torpaq sahələri ayrılıb.

Trend xəbər verir ki, cari
ildə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq
Problemləri üzrə Dövlət Komitəsi tərəfindən mərkəzlərin
tikintisinin layihə-smeta sənədlərinin satın alınması xidmətləri
ilə bağlı tender sorğusu keçirilib. Nəticələrə əsasən Komitə ilə
qalib təchizatçı “BİMD” Qapalı Səhmdar Cəmiyyəti arasında müqavilə
imzalanıb. Hazırda Şərur və Culfa şəhərlərində inzibati binaların
layihələndirilməsi ilə əlaqədar müvafiq işlər həyata keçirilir.




Regional Ailə Mərkəzlərinin yaradılması ilə Naxçıvan Muxtar
Respublikasında ailələrin dəstəklənməsi mexanizmləri daha da
güclənəcək, əhalinin sosial xidmətlərə əlçatanlığı genişlənəcəkdir.
Prioritetlər sırasında uşaq hüquqlarının təminatına dəstək, ailə
dəyərlərinin, gender mədəniyyətinin təbliğ olunması kimi hədəflər
var.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir