Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda işlər yekunlaşmaq üzrədir (FOTO)

Cəmiyyət

Bakı. Trend:

Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda işlər yekunlaşmaq
üzrədir.

Trend xəbər verir ki, bu
sözləri Kəlbəcərə təşkil olunmuş media tur iştirakçılarına
açıqlamasında AAYDA Lahiyələr üzrə mühəndisi Əyyub Huseynov
bildirib.

“Tunelin tikintisi zamanı bütün təhlükəsizlik tədbirləri
görülüb. Avtomobil yolunun 13,5-ci kilometrliyindən Murovdağ
silsiləsi başlayır. Beləliklə, yolun ən mühüm hissəsi Murovdağ
silsiləsindən keçir. Burada yüksəklik 1700 metrdən 3250 metrədək
artır. Qış fəslində avtomobil yolunun təhlükəsiz istismarı üçün
Murovdağ silsiləsinin altından tunelin tikintisi məqsədəuyğun hesab
edilib. Murovdağ tuneli dünyanın ən uzun avtomobil tunellərindən
biridir. Tunel iki gediş və iki gəliş olmaqla 4 hərəkət zolaqlı
olacaq. Tuneldə qazma, həmçinin sağ və sol hissələri birləşdirən 38
keçid tuneli üzrə işlər artıq başa çatdırılıb. Layihə çərçivəsində
Murovdağ tunelindən əlavə ümumi uzunluğu 2636 metr olan daha dörd
tunel də tikilir. Bu tunellərdə əsas tikinti işləri, o cümlədən
qazma, kəmər-beton və digər texniki işlərin çoxu artıq
yekunlaşdırılıb”, – deyə o bildirib.




Əyyub Huseynov həmçinin bildirib ki, tunelin açılışı gələn ilə
nəzərdə tutulub. Avtomobil yolu layihəsi çərçivəsində ümumilikdə
işlərin 87 faizi icra olunub

Qeyd edək ki, avqustun 21-də Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva
Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda görülən işlərlə tanış
olublar.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir