İşə qəbul müsabiqəsinin müsahibə mərhələsi başlayır

Cəmiyyət

Bakı. Trend:

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil
müəssisələrində kitabxana müdiri/kitabxanaçı, həmçinin məktəbəqədər
təhsil müəssisələrində təsərrüfat müdiri vəzifələrinə işə qəbul
üzrə müsabiqənin müsahibə mərhələsinə start verilir.

Trend
xəbər verir ki, bu barədə BŞTİ məlumat yayıb.

Bildirilib ki, müsahibə mərhələsi 25 avqust 2025-ci il
tarixindən başlayacaq.




Qeyd edilən vəzifələr üzrə müsabiqənin test imtahanı
mərhələsində uğur qazanmış namizədlərə müsahibənin keçiriləcəyi
məkan və vaxt barədə məlumat qeydiyyatdan keçdikləri mobil nömrəyə
SMS vasitəsilə göndəriləcək.

Müsahibənin nəticələri barədə namizədlərə məlumat veriləcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir