Kəlbəcərdə birinci yaşayış məhəlləsi birinci mərhələdə 201 mənzildən ibarət olacaq – Nuranə Babayeva

Cəmiyyət

Kəlbəcər.Trend:

“Bildiyiniz kimi, işğaldan azad olunmuş digər ərazilərimizdə
olduğu kimi, Kəlbəcərdə də bütün işlər “Böyük Qayıdış”a dair
Birinci Dövlət Proqramı çərçivəsində həyata keçirilir. Dövlət
başçısının Kəlbəcərə səfəri zamanı bir sıra mühüm obyektlərin
təməli qoyuldu, açılışlar həyata keçirildi. Hazırda üzərində
dayandığımız bu ərazi – birinci yaşayış məhəlləsi adlanır. Burada
kəlbəcərlilərə – ata-baba yurduna qayıdan sakinlərimizə yeni
mənzillərin açarları təqdim edildi.

Trend xəbər
verir ki, bunu Kəlbəcər rayonu Bərpa, Tikinti və İdarəetmə
Xidmətinin Mətbuat Xidməti şöbəsinin müdiri Nuranə Babayeva
deyib.

O bildirib ki, birinci yaşayış məhəlləsi 7–8 hektar ərazini
əhatə edir. Burada yaşayış binaları ilə yanaşı, insanların asudə
vaxtlarını səmərəli keçirməsi üçün söhbətgahlar, uşaqlar üçün oyun
meydançaları, həmçinin idman qurğuları və digər infrastruktur
yaradılıb. İlk mərhələdə 20 ailəyə mənzillərin açarları təqdim
olunub:




“Ümumilikdə isə birinci yaşayış məhəlləsinin birinci mərhələsi
201 mənzildən ibarət olacaq. Burada 2, 3 və 4 otaqlı mənzillər
nəzərdə tutulub. Eyni zamanda, çox yaxın məsafədə yerləşən üçüncü
və dördüncü yaşayış məhəllələrinin də təməli qoyulub. Bu
məhəllələrdə də çoxmənzilli binalar inşa ediləcək. Dördüncü yaşayış
məhəlləsi isə miqyasına görə ən böyük yaşayış massivlərindən biri
olacaq”.

“Dövlət başçısının iştirakı ilə, həmçinin, təxminən 11 hektar
ərazini əhatə edən, unikal layihəyə malik Kəlbəcər Şəhər Parkının
da təməli qoyulub. Bu park gələcəkdə həm sakinlərin, həm də
qonaqların istirahəti üçün gözəl bir məkana çevriləcək.-N.Babayeva
deyib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir