
Laçın. Trend:
Yeni reallıqlar fonunda strateji əhəmiyyət daşıyan məsələlərdən
biri Zəngəzur dəhlizinin açılmasıdır.
Trend xəbər
verir ki, bunu Baş Prokuror Kamran Əliyev “Ümummilli Lider Heydər
Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir”
mövzusunda Laçın rayonunda keçirilən beynəlxalq konfransda
deyib.
O bildirib ki, bu layihə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan
arasında quru əlaqəsini təmin etməklə yanaşı, bütövlükdə regionun
nəqliyyat xəritəsini dəyişəcək, iqtisadi və siyasi inteqrasiyaya
böyük töhfə verəcək:
“Prezident İlham Əliyevin vurğuladığı kimi, Zəngəzur dəhlizi
təkcə Azərbaycanın milli maraqlarını təmin etmir, eyni zamanda
beynəlxalq əməkdaşlıq, ticari əlaqələr və qlobal təhlükəsizlik
baxımından mühüm əhəmiyyət kəsb edir. Onun açılması
suverenliyimizin praktiki gücünün, Azərbaycanın regiondakı lider
mövqeyinin daha bir göstəricisi olacaq”.