Ali təhsil müəssisələrinə qeydiyyat vaxtı açıqlandı

Cəmiyyət

Bakı. Trend:

Ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlər 28 avqust
– 8 sentyabr (saat 18:00-dək) tarixlərində portal.edu.az
platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil
olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta
ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini
seçməlidirlər.

Trend xəbər verir
ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.




Bildirilib ki, abituriyentlər qeydiyyat prosesi ilə bağlı
məsələləri portal vasitəsilə dəqiqləşdirə bilərlər.

“Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin
müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi
qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə
göndərilməyəcək”- deyə əlavə edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir