Xəbər verdiyimiz kimi artıq bir sıra dünya ölkələri sərt karantin rejimindən çıxıb, bu ölkələrdə pandemiya ilə əlaqədar qoyulan bir sıra məhdudiyyətlər ləğv edilib. Azərbaycanda da karantin rejimi xeyli yumşaldılıb, amma bir çox məhdudiyyətlər avqustun 31-dək qüvvədədir. İndi çoxlarını düşündürən odur ki, sentyabrın 1-dən “Sədərək”, “Binə” və “mall”lar açılacaqmı?
Məsələ ilə bağlı deputat Cavid Osmanov Sonxeber.az-a bildirib ki, bu günlərdə Azərbaycanada koronavirusla bağlı müsbət dinamika davam edir:
Bu onu göstərir ki, iri ticarət mərkəzlərinin və digər müəssiələrin açılması istiqamətində müəyyən qərarlar olacaqdır. Heç bir dövlət istəməz ki, öz ölkəsində xüsusi karantin rejimi tədbiq etsin. Bu baxımdan Azərbaycan dövləti də istəməz ki, iri ticarət mərkəzləri, mallar və bu tipdə olan müəssələr bağlı qalsın. Bu kimi iri ticarət mərkəzlərinin işləməməsi dövlət xəzinəsinə gələn vergilərin azalmasına səbəb olur və ölkə iqtisadiyyatına ciddi mənfi təsir edir.
Digər tərəfdən bu müəssisələrin bağlı qalması sadə vətəndaşlarımıza da sahibkarlara da təsir edir. Çünki insanlar müvəqqəti olsa da işlədikləri yeri itirirlər bu da onların maddi durumunun aşağı düşməsinə səbəb olur. Dövlət bu insanlara çoxlu sayıda yardımlar edir.
Avqustun 31-dən karantin rejiminin müddəti bitir. Bu günlərdə Azərbaycanada koronavirusla bağlı müsbət dinamika davam edir. Bu onu göstərir ki, ticarət mərkəzlərinin və digər müəssiələrin açılması istiqamətində müəyyən qərarlar olacaqdır. Ancaq Operativ Qərargah mövcud vəziyyəti təhlil etdikdən sonra ticarət mərkəzlərinin və “mall”ların açılması ilə bağlı qərar verəcəkdir. Istənilən halda bu bu məsələylə bağlı yekun qərarı Operativ Qərargah verəcəkdir.