Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.
Oxu.Az-ın məlumatına görə, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Gəncə Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi polis baş leytenantı Şahin Şıxəliyev vəzifəsindən azad olunaraq, Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin rəisi vəzifəsinə təyin olunub.
Qeyd edək ki, həmin bölmənin sabiq rəisi polis mayoru Qubat Qasımov bir müddət əvvəl Göygöldə yol-nəqliyyat hadisəsi nəticəsində vəfat etmişdi.
www.102info.az