Qəbələdə 11 yaşlı oğlanı elektrik cərəyanı vuraraq öldürüb.
“Qafqazinfo” xəbər verir ki, hadisə bu gün rayonun Bum qəsəbəsində baş verib.
Qəsəbə sakini, 2011-ci il təvəllüdlü Aqşin Qurban oğlu Ağasiyevin qırılaraq yerə düşən elektrik naqilinə toxunması nəticəsində onu cərəyan vuraraq öldürüb.
Faktla bağlı araşdırma aparılır.
www.102info.az