Bakıda itkin düşən ana və yeddi yaşlı qız tapıldı – YENİLƏNİB

Cəmiyyət

Bakının Xətai rayonunda iyulun 24-də itkin düşən Vüsalə Zeynalova və yeddi yaşlı qızı Xədicə Zeynalova tapılıb.

Bu barədə Oxu.Az-a Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsindən məlumat verilib. 

Onların hansı ərazidə tapılması və itkin düşmə səbəbləri isə açıqlanmayıb.

09:26

Bakıda ana və yeddi yaşlı qızı itkin düşüb.

“Report”un əldə etdiyi məlumata görə, hadisə iyulun 24-də paytaxtın Xətai rayonu, General Əliağa Şıxlinski küçəsində qeydə alınıb.

Belə ki, 1990-cı təvəllüdlü Vüsalə Zeynalova qızı, 2015-ci il təvəllüdlü Xədicə Zeynalova ilə birlikdə yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Faktla bağlı Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsində araşdırma aparılır.

Sayad Həsənli

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir